Bələdiyyə sədrinin adı zorlama ilə bağlı məhkəmə qalmaqalında?

Bələdiyyə sədrinin adı zorlama ilə bağlı məhkəmə qalmaqalında? Redaksiyamıza daxil olan şikayət ərizəsini oxuyanda təəccüb və heyrətdən yerindəcə donub qalırsan. Oxuduqlarına inanmağın gəlmir. Görəsən doğurdanmı bütün bunlar baş vermiş real hadisədir? Amma şikayət ərizəsi ilə bir zərfdə qoyulmuş məhkəmə materiallarına diqqət yetirdikdə məsələnin ciddiliyinə şəkki-şübhəm qalmır.
Bəli məhkəmə materiallarına əsasən şərti olaraq “Təranə Quluyeva” adlandırdığımız iddiaçı Xəzər rayonu, Buzovna qəsəbə bələdiyyəsi sədri Mətləb Firuz oğlu Əliyev onun şərəf və ləyaqətini təhqir edərək alçaldıb.
“Təranə” xanım bildirir ki, bələdiyyə sədri ilə 2016-cı ilin dekabrından tanışdırlar. M.Əliyev ona özünü subay kimi təqdim edib. “Təranə” xanımın subay, bir uşaq anası olan qadın olduğunu bildikdən sonra onunla aile qurmağı təklif edib. Az sonra isə M.Əliyev “ Təranə” xanıma zəng açaraq onunla evlənməklə bağlı görüşüb söhbət etmək istədiyini bildirib. Onu işdən sonra bələdiyənin inzibati binasina dəvət edir. “Təranə” xanımda ona inandığından oraya getdiyini bildirir. Orada sədr, şikayətçinin dediyinə görə ona yaxınlıq təklif edir. Təklifi qəti etirazla qarşılandıqda isə onsuzda evlənəcəklərini bildirərək, təklifində israr edir. M.Əliyev iradəsinə zidd olaraq onu iş kabinetinin arxasındakı xüsusi istirahət guşəsinin otağında zorlayıb. Zorlama, detallarına qədər məktubda əksini tapıb.
Bundan sonra sədr onsuzda ailə quracaqlarını deyərək onunla mütəmadi olaraq müxtəlif ünvanlarda yaxınlıq edir. Bu ünvanlar arasında məhşur adların da adı hallanır. Biz bu məsələyə də araşdırma apardıqdan sonra aydınlıq gətirəcəyik.
Az sonra isə M.Əliyəv “Təranə”yə ailəli olduğunu, ailə qura bilməyəcəklərini etiraf edib. Şikayətçi, sədrin onun inamından öz iyrənc məqsədləri üçün istifadə etdiyini diqqətə çatdırır.
Şikayətçi, M.Əliyevin ona sevgi mesajları, söhbətləri ilə bağlı telefon nömrələrini də ərizədə göstərib, “whatsapp” yazışmaları olduğu iddiasındadır. Sonradan o, mobil telefon nömrələrini dəyişib və yazışmaları silib. Bu məsələ şikayətçini el içində, qəsəbədə başı aşağı, haqqında söz-söhbət yaratdığını da dilə gətirib. Mülki məcəllənin 21.1 –ci maddəsinə əsasən ona dəyən zərərin əvəzini tələb etmək hüququ olduğunu əsas gətirərək məhkəməyə müraciət edib.
İşə, Bakı şəhər Xəzər rayon məhkəməsində baxılıb. Bələdiyyə sədrinə qarşı 50min manat maddi təzminat qaldırılıb. Lakin iddiası təmin olunmayıb. Şikayətçi Mətləbin onu tanımadığını bildirir. Təəssüf ki, telefon yazışmaları ilə bağlı məhkəmə araşdırılması aparılmayıb. Şikayətçi öz tələbində israrlı olmadığından apelyasiya şikayəti verməkdə qərarlıdır. O, hüquqları bərpa olunmasa Ali Məhkəmə instansiyasına qədər bu məsələnin həllinə çalışacağını da diqqətə çatdırır.
Əlbəttə biz m əsələni yığcam, etik normaları gözləyərək oxuyucuların diqqətinə çatdırırıq. Yazılası məqəmlar isə kifayət qədərdir. Hələlik b u yerdə yazıya nöqtə qoyuruq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

10may.az
Geri qayıt