Məcburi köçkün “Qaçqınkom”dan Heydər Əliyevin məzarına şikayət etdi - FOTO
Ötən dəfə Laçın rayonunun Çorman kəndindən məcburi köçkün olan və hal-hazırda “Mingəçevir şəhər inteqrasiya təlimli internat tipli gimnaziyası”nda 20 ildir ki, sürünə-sürünə yaşadıqlarını deyən Gülmalıyev Novruz Əvəz oğlunun şikayətini işıqlandırmışdıq.
Əməkdaşımızı Mingəçevir şəhərinə dəvət edən Novruz Gülmalıyev yaşadığı şəraitlə bizi tanış etmişdi. Şikayətçi bildirmişdi ki, “Qaçqınkom” tərəfindən 2015-ci ildə Mingəçevir şəhərində məcburi köçkünlər üçün Heydər Əliyev prospektində salınan şəhərcikdə ev paylanılıb. Lakin internat məktəbindən bütün ailələrə ev verilsə də, Gülmalıyev Novruz və Abbas qardaşları evlə təmin edilməyib.
Aidiyyatı qurumlara iki il ərzində gecə-gündüz şikayət edən Novruz Gülmalıyev heç bir nəticə olmadığını gördükdə, son ümdir kimi Ulu Öndər Heydər Əliyevin məzarı önünə gələrək ağlayıb. O, Ulu Öndərin məzarı önündə “Qaçqınkom”un onun ev problemi ilə maraqlanmadığını bildirərək şikayət edib.
moderator.az
Geri qayıtƏməkdaşımızı Mingəçevir şəhərinə dəvət edən Novruz Gülmalıyev yaşadığı şəraitlə bizi tanış etmişdi. Şikayətçi bildirmişdi ki, “Qaçqınkom” tərəfindən 2015-ci ildə Mingəçevir şəhərində məcburi köçkünlər üçün Heydər Əliyev prospektində salınan şəhərcikdə ev paylanılıb. Lakin internat məktəbindən bütün ailələrə ev verilsə də, Gülmalıyev Novruz və Abbas qardaşları evlə təmin edilməyib.