Şagird dəftərlərinin üzərində Ermənistan bayrağı təsvir olundu - BİABIRÇILIQ

Şagird dəftərlərinin üzərində Ermənistan bayrağı təsvir olundu - BİABIRÇILIQ Azərbaycanda məktəblilər üçün nəşr edilən dərs ləvaziminatında daha bir biabırçılıq aşkarlanıb.
Avropa.info xəbər verir ki, birinci siniflərə aid şəkilli 12 vərəqli dəftərlərin üzərində Ermənistan bayrağı təsvir edilib.
Məsələ burasındadır ki, dünya dövlətlərinin bayraqlarının əks olunduğu dəftərin üzərində nədənsə Azərbaycan bayrağı yoxdur.
Qeyd edək ki, bir neçə il öncə Azərbaycan bazarlarında üzərində Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq etməyən, hətta təhqir edən, yəni Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi təbliğ edən qlobusların olduğu haqqında sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Bu dəfə isə məktəblilər üçün nəşr edilmiş dəftərlərin üzərində növbəti rəzillik öz əksini tapıb.
Ümid edirik ki, bu cür dəftərlərin yığışdırılması üçün aidiyyatı qurumlar hərəkətə keçərəcək.
Şagird dəftərlərinin üzərində Ermənistan bayrağı təsvir olundu - BİABIRÇILIQ
Şagird dəftərlərinin üzərində Ermənistan bayrağı təsvir olundu - BİABIRÇILIQ
Geri qayıt