Apteklərdən bunu almayın – Həkimdən çağırış

Apteklərdən bunu almayın – Həkimdən çağırış Hər gün telefonda, Votsapda, Feysbukda, toyda və digər məkanlarda “uşağıma immuniteti qaldırmaq üçün dərman yazın” xahişləri ilə rastlaşırıq. Amma valideynlər bilməlidirlər ki, immun preparatları immundefisit hallarda yazılmalıdır.
Bu sözləri tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, irsi-genetik və müxtəlif allergik problemlərdən, həmçinin müxtəlif infeksiyaların təsirindən immun sistemi zədələnə bilər:
“Bütün hallarda ciddi, hətta molekulyar-genetik səviyyədə müayinə tələb olunur. Bununla immun sisteminin hansı zəncirinin zədələndiyini təyin edə bilərik. Uşağın pis yeməsi, pis yatması, başqalarına nisbətən tez-tez xəstələnməsi immun sisteminin zədələnməsi anlamına gəlmir. Bunu ancaq həkim təyin edə bilər. Ona görə apteklərdə immun preparatı adı ilə satılan nəsnələrə çox meyl etmək düzgün deyil. Uşaq düzgün və keyfiyyətli qidalanmalı, daim təmiz havada olmalı, idman və bədən tərbiyəsi ilə məşğul olmalıdır. Belə olan halda immun sisteminin zədələnmə ehtimalı az olacaq”.
Geri qayıt