Öldürülən iş adamının arvadı: - “Həyatım təhlükədədir”

Öldürülən iş adamının arvadı: - “Həyatım təhlükədədir” Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Azər Paşayevin icraatında olan prosesdə V.Rüstəmov vəkilindən imtina etdiyini deyib və yeni vəkillər müqavilə bağlamaq üçün vaxt istəyib. Qətlə yetirilən iş adamı İlqar Məmmədovun həyat yoldaşı çıxış edərək həyatının təhlükədə olduğunu deyib:

“Ötən məhkəmə iclasından sonra Vüsalın anası məni hədələdi, öldürtdürəcəyini dedi. Həyatımız təhlükədədir”.

V.Rüstəmovun anası isə bunu təkzib edib. Proses noyabrın 27-də davam etdiriləcək. İttihama görə, adıçəkilən şəxslər 2016-cı il iyunun 16-da Xaçmaz rayonunda yaşayan iş adamı İlqar Məmmədovun evinə quldurluq niyyəti ilə girən şəxslər onu öldürüblər. Bunda başqa rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti yanıb.

V.Rüstəmov hadisədən dərhal sonra Rusiyaya, sonra isə Qazaxıstana qaçıb. Orada tutularaq Azərbaycana ekstradisiya edilib.
Geri qayıt