Milli Məclis “Prokurorluq haqqında” qanuna dəyişiklik edib

Milli Məclis “Prokurorluq haqqında” qanuna dəyişiklik edib Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.
Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.
Dəyişiklikliyə əsasən, baş prokuror istintaq edilən cinayət işləri haqqında Azərbaycan Prezidentinə məlumat verməyəcək.
Qanunun hazırda qüvvədə olan 44-cü (Azərbaycan dövləti başçısının məlumatlandırılması) maddəsində deyilir: “Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan dövlətinin başçısına – Azərbaycan Respublikasının Prezidentinə prokurorluğun fəaliyyəti haqqında məlumat verir”.
Maddədə edilən dəyişikliyə əsasən, məlumatlar istintaq edilən cinayət işləri istisna olmaqla, veriləcək.
Layihədə bildirilib ki, Azərbaycan Konstitusiyasına müvafiq olaraq Azərbaycan dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, İcra hakimiyyətini Azərbaycan Prezidentinə mənsubdur, Məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri həyata keçirir. Azərbaycan Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla vahid mərkəzləşdirilmiş orqandır. Konstitusiya bu orqanın qanunvericilik və İcra hakimiyyəti orqanlarından hər hansı asılılığını istisna edir. Bundan əlavə, "Prokurorluq haqqında" qanunun 43-cü və 44-cü maddələrinin mətnində söhbət nəzarətdən deyil, məlumatlandırmadan gedir. Avropa Şurasının "Korrupsiyaya qarşı dövlətlər qrupu" (GRECO) "Prokurorluq haqqında qanunun bu müddəalarına diqqət yetirərək belə bir dəyişikliyi təklif edir. Dəyişikliyin əsas məqsədi qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Geri qayıt