Atasını yandırıb öldürənə 20 il həbs istənildi

Atasını yandırıb öldürənə 20 il həbs istənildi Bakı Ağır Cinayətlər Məhkəməsində atasını diri-diri yandırıb öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin məhkəməsi olub.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə prokuror çıxış edərək İ.Mehdiyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edib.

İ.Mehdiyevə son sözünü deməsi təklif edilib. O isə hazır olmadığı üçün vaxt istəyib. Proses noyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2017-ci il yanvarın 31-də Maştağa qəsəbəsində baş verib. Axşam saatlarında 80 yaşlı İmdad Mehdiyev oğlu, 31 yaşlı İlyas Mehdiyevlə ailə münaqişəsi zəminində mübahisə edib. O, atasından pul tələb edib, amma pulu olmayan ahıl kişinin oğlu ilə davası düşüb. İçkili olan İlyas Mehdiyev atasının üstünə benzin tökərək, onu və evi yandırıb.

80 yaşlı İmdad Mehdiyev Əfv Komissiyasının üzvü, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.
Geri qayıt