Sumqayıtda laqeydlik :Səməd Vurğunun kirilcə löhvəsi yığışdırılmır,bulvarda isə “Sumqayıt Xatirəsi”nin hərifləri neçə aydır düşüb-FOTOFAKT

Sumqayıtda laqeydlik :Səməd Vurğunun kirilcə löhvəsi yığışdırılmır,bulvarda isə “Sumqayıt Xatirəsi”nin hərifləri neçə aydır düşüb-FOTOFAKT
Bildiyiniz kimi Səməd Vurğun küçəsi — Sumqayıtın ən uzun və mərkəzi küçəsidir.Onun uzunluğu 16,3 km-dir. Küçə Binəqədi-Novxanı yolundan başlayaraq, Sumqayıt inzibati ərazisinə aid olan Hacı Zeynalabdin qəsəbəsindəki Azadlıq küçəsində tamamlanır. Sumqayıtın ən uzun küçəsi olan bu küçə görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun adına verilib.Lakin təəsüf ki,şəhərin 1-ci mikrorayonunda binanın, şairin adını daşıyan küçəyə baxan hissəsində divarda yerləşdirilən löhvədə xalq şairi haqqında məlumat sovet dövründən qalıb və təbii ki,kiril qrafikası ilə yazılıb ki, bu löhvənin də indiyəcən qalıb dəyişdirilməməsi də ana dilimizə bir növ hərmətsizlikdir. Çünki Azərbaycan əlifbası latın qrafikalıdır.
Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası. Latın əlifbasını bir modifikasiyasıdır, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır.
Bu neqativ faktı təkcə diqqətlizlik də adlandırmaq olmaz,bunu daha bu işlərə məsul şəxslərin laqeydliyi ,şəhərə sayğısızlığı kimi də qiymətləndirmək olar.
Çünki ola bilməz ki,balaca şəhərdə bütün obyektləri görən məmurlar bu boyda faktı görməsin.Görübsə də çox güman onun dəyişdirilməsinə ehtiyac görülməyib,bu vacib sayılmayıb.
Ola bilsin məmurlar üçün bu gəlir gətirməyən bir məsələdir ona görə.
Laqeydlik elə təzə salınan Sumqayıt bulvarında quraşdırılan “Sumqayıt Xatirəsi” adlı maraqlı tikilidən də bilinir. Bəlkə də bir neçə aydır ki,sumqayıtlıların ,həmçinin şəhərə, bulvara gələn qonaqların şəhərdən xatirə üçün şəkil çəkdirdikləri sevimli yerin “Xatirəsi”sözündən təkcə X ilə T qalıb.Buna isə nə bulvarın,nə də şəhərin məsul şəxsləri bir tədbir görmür neçə vaxtdır.Halbuki bunu həll etmək elə də çətin məsələ deyil.
Və çətin ki, bu hal Sumqayıta gələnlərdə Sumqayıt haqda təkcə xoş təəsürat ,müsbət hisslər saxlayacaq.
Əlbəttə ilk baxışdan fikirləşmək olar ki,şəhərdə görülən müəyyən abadlıq işlərinin fonunda bu xırda məsələlərdir,amma demək lazımdır ki,şəhərdə irili-xırdalı problemlər çoxdur,sadəcə onlar bu və digər səbəblərdən mətbuatda az işıqlanır.Xırda məsələyə qalsa isə əslində bu kimi ilk baxışdan o qədər də böyük görünməyən bu cür hallar əslində məmurların şəhərə olan əsl münasibətin göstəricidir.

xalqxeber.az

Geri qayıt