Şərti azad edilmiş şəxslərlə bağlı dəyişiklik

Şərti azad edilmiş şəxslərlə bağlı dəyişiklik Cəzadan şərti azad edilmiş şəxslərlə bağlı müddətdə dəyişiklik edilir.

xalqxeber.az xəbər verir ki, bununla bağlı Cəzaların İcrası Məcəlləsinin 178-ci (Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət) 2-ci (Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir) bəndində nəzərdə tutulan müddət 10 günə endirilir. Bundan başqa, bənddəki “edilməyən” sözündən sonra “və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən onun işinə işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən digər üsulla yararsız vəziyyətə salan” sözləri əlavə edilib.

Layihə plenar iclasa tövsiyə olunub.
Geri qayıt