Səhiyyə Nazirliyi psixotrop dərman satan apteklərə xəbərdarlıq etdi

Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini qeyd edib ki, apteklər bu dərmanların satışını həyata keçirərkən diqqətli olmalıdırlar: “Bu preparatların reseptsiz satışı ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalar var. 2015-2017-ci illərdə sahibkarlığa kömək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən də yoxlamalar aparılmırdı. Artıq Səhiyyə Nazirliyinə dərman preparatlarının dövriyyəsinə nəzarət olunması səlahiyyəti verilib”.