Yeni telekanalla bağlı müsabiqə - MTRŞ 1 ay vaxt verdi

Yeni telekanalla bağlı müsabiqə - MTRŞ 1 ay vaxt verdi Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Daxil olan məlumata görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılmış və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Geri qayıt