Prezident Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarını təltif edib - SƏRƏNCAM

Prezident Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarını təltif edib - SƏRƏNCAM Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Mərkəzin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:

Paşayeva Gülşən Məmmədəli qızı
Allahyarova Tahirə Bəkir qızı
Vəliyev Cavid İsmayıl oğlu
Məhəmmədi Məsiağa Əhməd oğlu
Sadıxov İsmayıl Ənvər oğlu.
Geri qayıt