Əziz Əliyev adına park açılıb - Gəncədə

Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.
Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir.
Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.
Dövlət başçısına parkda yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, bu istirahət məkanının inşasına 2016-cı ilin martında başlanılıb, tikinti işləri 2017-ci ilin oktyabrında başa çatdırılıb.