"Azəriqaz" Bakı kəndlərini düşünmür? - ŞİKAYƏT

"Azəriqaz" Bakı kəndlərini düşünmür? - ŞİKAYƏT Bakının tamamilə qazlaşdırılması haqda deyilənlər illuziya çevrilməkdədir. Şəhərin heç də hər yeri qaz təchizatı ilə təmin olunmayıbmış.
Pirşağı kəndinin bağlar massivində yaşayanların da çoxu qaz görməyiblər. Sakinlər bizimlə söhbətlərində belə deyiblər.
Onların sözlərinə görə, kəndə qaz çəkdirmək üçün öz təşəbbüsün olmalıdır, qabağa düşüb xərc çəkməlisən. Hərçənd ki, dövlət tərəfindən Bakının tamamilə qazlaşdırılması nəzərdə tutulub və vəsait ayrılıb.
Eləcə də Pirşağının qaçqınlar yaşayan massivdə də mavi yanacaq problem tez-tez yaşanır. Bağ massivində isə köhnə xətlər yenilənməlidir.
Qış yaxınlaşır deyə bağlar ərazisində yaşayanların işi çətinləşir. Onlar evlərini qızdırmaq üçün elektrik enerjisindən istifadə edirlər.
Oxşar problem Bakının Fatmayi, Nardaran, Türkan, Kürdəxanı kəndləri də yaşayırlar. Daha doğrusu, qış aylarında Bakı kəndlərində camaat qaz üzünə həsrət qalır.
Ən əsası da məktəblər, uşaq bağçaları istilik problem yaşamalı olurlar. Evlərə qaz normadan çox aşağı təzyiqlə verilir.
Geri qayıt