“AzSığorta” pulu alıb sənədi vermir - Şikayət

“AzSığorta” pulu alıb sənədi vermir - Şikayət Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu “AzSığorta” ASC-dən şikayət edib

V.Zifəroğlu ödəniş etməsinə baxmayaraq, sənədlərini ala bilməməsindən şikayətçi olduğunu bildirib:

“Mən başa düşə bilmirəm! Bu "Azsığorta"nın bir başbiləni, işi normal idarə edəni yoxdur? Oktyabrın 14-də avtomobil sığortasının ödənişini etmişəm. Oktyabrın 17-dən də neçə dəfə zəng etmişəm ki, sığorta ilə bağlı sənədləri mənə verin. Hər dəfə zəng edəndə məni ələ salırlar. Müraciətimi güya qeydə alırlar! Amma sonra yenə də heç bir xəbər yoxdur! Belə də biabırçılıq olar? Rəhbərliyinin nömrəsini də tələb edirəm, verə bilməyəcəklərini deyirlər! Men dərdimi kimə deyim? Budur bunların sığorta xidməti? Bunlar hər addımda belə bizimlə olurlar?”

“Azsığorta” ASC-dən Cebhe.info-ya isə sualımızı cavablandıra bilməyəcəklərini dedilər:

“Şənbə günü olduğundan rəhbərlikdən heç kim yoxdur. Siz İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə ancaq 1-ci gün əlaqə saxlaya bilərsiz. Biz ancaq sizin müraciətinizi qeydə alıb, rəhbərliyə təqdim edirik”.

Cebhe.info
Geri qayıt