Azərbaycanda "WhatsApp" çökdü
"Facebook" şirkətinə məxsus "WhatsApp" messencerində problem yaranıb. İstifadəçilər artıq 1 saatdır messencerdən istifadə edə bilmirlər. Bu platforma üzərindən ismarıc yollamaq və almaq mümkün deyil.
Problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı məlumat yoxdur.
