Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun tutulması üçün keçirilən əməliyyat zamanı yaralanan şəxslər 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Səhiyyə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, 1988-ci il təvəllüdlü Anar Əsgərov sol qolun bazu nahiyyəsindən güllə yarası alıb və qolu sınıb.
Bildirilib ki, xəstəyə bütün zəruri tədbirlər edilir. 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmarın isə yarası ağır olmadığından hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, gecə saatlarında Qaradağ rayonunda atışma baş verib. Keçirilən xüsusi əməliyyat zamanı Etibar Məmmədov və bir qrup şəxs hüquq-mühafizə orqanının əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə E. Məmmədov aldığı güllə yarasından ölüb.
Geri qayıt