Spirtli içki bazarında TƏHLÜKƏ - Ehtiyatlı olun!

Spirtli içki bazarında TƏHLÜKƏ - Ehtiyatlı olun! Bakı mağazalarında vaxtı keçmiş spirtli içkilərin satıldığı məlum olub.

Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

O, qeyd edib ki, Bakı şəhəri, Bayıl qəsəbəsi Q.Abbasov küçəsi, ev 19, mənzil 14-də yaşayan Seyfəli Hümbətov tərəfindən quruma şikayət ərizəsi göndərilib:

“Seyfəli Hümbətov 28.10.2017 tarixdə qohumu Əzizov Eminlə birlikdə Batamdar qəsəbəsində yerləşən “Bizim market” dükanından 10.9 AZN-ə Ağsu rayonunun Pir Həsənli kəndində “Az-Granata” MMC tərəfindən istehsal edilmiş 0.5 litrlik “Xaqan” konyakı alıb. Qohumlar konyakı içib, gecə saatlarında hər ikisinin ağız boşluğunda, damağında, boğazında yanmış kimi ağrılar başlayıb. Ağız boşluğunu yaxalamaq üçün apteklərdə satılan vasitələrdən istifadə etsələr də nəticəsiz olub. Bu günə kimi hər iki şəxsin ağız boşluğunda yanğılar davam edir. “Az-Granata”nın malı hər iki şəxsin sağlamlığına ciddi zərər vurub”.

Eyyub Hüseynov bildirib ki, hər iki şəxs sağlamlığına dəyən ziyana görə, 100 manat təzminat tələb edir.
Spirtli içki bazarında TƏHLÜKƏ - Ehtiyatlı olun!
Spirtli içki bazarında TƏHLÜKƏ - Ehtiyatlı olun!
Geri qayıt