İcra başçısı Mübariz Ağayevin Qubadakı villasını belə yanıb kül oldu - VİDEO

Almaniyada müalicədə olunan icra başçısı evinin yanması ilə bağlı məlumat əldə etdikdən sonra təcili ölkəyə qayıdıb. Rəsmi məlumata görə, Mübariz Ağayevə məxsus evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Yanğının səbəbləri araşdırılsa da, Qubada artıq bu barədə xeyli şayiələr və söz-söhbətlər yayılıb. Rayondan aldığımız məlumata görə, sabiq icra başçısının evində yanğının qəsdən ola biləcəyi ilə bağlı müxtəlif söz-söhbətlər var.
azxeber.com