ATV-də yeni təyinatlar. Ceyhun Əli efirə qayıtdı, qovulanlar bərpa edildi – Vitse-prezidentlər isə…

ATV-də yeni təyinatlar. Ceyhun Əli efirə qayıtdı, qovulanlar bərpa edildi – Vitse-prezidentlər isə… Azad Azərbaycan kanalından yeni xəbər var.

Bir müddət öncə ATV-dən qovulan Vüqar Qaradağlının yerinə CBC (“Caspian International Broadcasting Company”) telekanalının baş direktoru Azər Xəlilov təyin olunmuşdu. O, kanalın idarəçiliyi müvəqqəti olaraq həyata keçirirdi.
İki gün əvvəl yeni rəhbər təyinatlara başlayıb. Belə ki, əvvəlcə Qaradağlının işdən qovduğu üç sürücü işlərinə bərpa edilib.
ATV xəbərin tanınmış siması Ceyhun Əli efirə qaytarılıb. Bir müddət əvvəl ATV-nin vitse-prezidenti təyin olunduqları deyilən Lamiyə Ələkbərova və Fuad Cabbarovla bağlı qərar dəyişdirilib.

a24.az
Geri qayıt