Evimizə qədər buraxılan TƏHLÜKƏ! - Bu işin arxasında kim dayanır?

Evimizə qədər buraxılan TƏHLÜKƏ! - Bu işin arxasında kim dayanır? Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə cərimə tətbiq ediləcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavə Milli Məclisin plenar iclasında oktyabrın 20-də müzakirəyə çıxarılıb.

Məcəllənin hazırkı variantına görə, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə cərimələr tətbiq edilir. Bu hala görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 750 manatdan 1000 manatadək məbləğdə cərimələnirlər.

Məcəlləyə təklif edilən dəyişiklik layihəsinə görə, bu cərimə həm də körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə tətbiq ediləcək. Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Bununla belə bu GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlardan biri bildirib ki, bir neçə dəfə onun ailə üzvləri və yeni doğulmuş körpəsinin qidalanmasına dair sorğu həyata keçirən gizli bir təşkilatdan zənglər edilib.

Şikayət əsasən belədir – “0558208541 mobil nömrəsindən yeni doğulmuş körpələrlə bağlı suallar verilir. Özünü operator kimi təqdim edən xanım israrla yeni doğulmuş körpə haqqında, onun qidalanması, qidalarla bağlı vəziyyəti haqqında suallar verir. Lakin sualları verən xanım sorğu keçirən qurumun heç bir dövlət qeydiyyatının olmadığını, ən əsası isə təşkilatın adını gizli saxlayır. Sorğu keçirən təşkilatın hansı qurum olmasına dair suala isə sadəcə “özəl müəssisədir” deyərək cavab verir. Operator kimi özünü təqdim edən xanım isə təşkilatın adının “körpələrin qidalanması ilə bağlı statistik”(?) deyərək cavablayır. Maraqlıdır ki, həm şəxsi həyata müdaxilə olunaraq operator xanım yeni doğulmuş ailə haqqında, hətta valideynlərin şəxsi mobil telefon nömrələrini də bilir. Suallara isə cavab vermək istəmədikdə isə iddia edir ki, bu sorğuda iştirak etməyə bilərsiniz. Hansı ki, adı bəlli olmayan, heç bir dövlət qeydiyyatı barədə məlumat verməyən bu mobil operator – Günel Məmmədova nədənsə, gizli olaraq ailələr haqqında hər bir anket məlumatına malikdir. Həm də həmin sorğunu keçirən xanım anket məlumatlarını səhiyyə müəssisəindən aldığını iddia edir”.

Maraqlıdır ki, burada həm vətəndaşın şəxsi həyatına müdaxilə halı baş verir, həm də süni qidaların reklamı həyata keçirilir. Lakin nədənsə gizli bir formada.

Mövzu ilə bağlı olaraq Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən GUNDEMİNFO.AZ-a bildirdilər ki, bu mövzu ilə bağlı olaraq araşdırmalar aparılacaq. Həmçinin mətbuat xidmətindən bildiriblər ki, xanım operatorun iddia etdiyi kimi, vətəndaşların ailə üzvləri, yeni doğulmuş körpələr haqqında məlumatlar səhiyyə müəssisəsindən verilmir. Bununla bağlı olaraq araşdırmalar aparılacaq.

Onu da əlavə edək ki, adıçəkilən sorğu mərkəzi təkrar olaraq vətəndaşların şəxsi həyatına dair bilgiləri necə əldə etdiklərinə dair suallara cavab vermirlər. Yəni yuxarıda qeyd etdiyimiz mobil nömrə zənglərə cavab vermir.

Bu gizli sorğular eyni zamanda dövlətin təhlükəsizliyi ilə bağlı da mühim olduğundan mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.
Geri qayıt