Tanınmış alimin oğlu 11 il azadlıqdan məhrum edilə bilər

Tanınmış alimin oğlu 11 il azadlıqdan məhrum edilə bilər Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, E. Quliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

E. Quliyevin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki E. Quliyev "İG Academy" xaricdə təhsil şirkətinin rəhbəri olub. O, bir neçə nəfərə xaricdə təhsil alması üçün xidmətlər göstərəcəyini vəd edərək dələduzluq edib. Onun 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

E.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

E.Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.
Geri qayıt