Etnoqrafiya İnstitutunun sektor müdirinə ittiham VAR

Etnoqrafiya İnstitutunun sektor müdirinə ittiham VAR AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Əli İnsanovun keçmiş mafiya üzvü Abuzər Ələkbərovun özbaşınalıqları davam etməkdədir. A.Ələkbərov heç kimlə hesablaşmır və oktyabrın 2-də mənim kitabımın institutun elmi şurasında müzakirəsi zamanı iclasın pozulmasına nail olmuşdur. Abuzərdən qat-qat yüksək səviyyəli alimlərin bir çoxunun şöbələrdə oturmağa stol-stulu olmadığı halda Abuzəri ayrıca kabineti zəbt etmişdir. Halbuki Abuzər şöbənin tərkibində sektor müdiridir. Şöbə müdirlərinin özlərinin isə kabineti yoxdur.
A.Ələkbərov vaxtilə onun üçün rus dilində yazılmış (o özü rus dilində tərcümeyi-halını yaza bilmir) namizədlik dissertasiyasını 1994-cü ildə poliqrafik və elmi baxımdan olduqca aşağı səviyyədə çap etdirmişdir (şəklə bax). O, 23 il əvvəl çap olunmuş bu yeganə kitabın və özünün məlumatına görə 40-a yaxın tezis-məqalənin müəllifidir. Bütün bunlar hətta cəmi 10 il institutda çalışan cavan elmi işçinin göstəricilərindən də aşağıdır. Onu da qeyd etmək lazımdır ki, institumuzun başlıca nəşr orqanı olan “Azərbaycan arxeologiyası və etnoqrafiyası” jurnalında A.Ələkbərovun məqaləsi son dəfə 10 il bundan əvvəl çap olunub. Buna baxmayaraq o, digərlərinin elmi fəaliyyətinə mane olur. Xatırlatmaq yerinə düşərdi ki, A.Ələkbərovun 65 yaşı var və o 1978-ci ildən AMEA-da işləyir. Müqayisə üçün qeyd edə bilərəm ki, mən 2002-ci ildə instituta işləməyə gəlmişəm və bu günə qədər 70-dən artıq elmi məqalənin və 4 kitabın müəllifiyəm. Məqalələrimin bir qismi müxtəlif xarici ölkələrdə çap edilib. Amma buna baxmayaraq A.Ələkbərov mənə qarşı şəxsi düşmənçilik zəminində elmi fəaliyyətimin qarşısını almaq üçün dəridən-qabıqdan çıxır.
A.Ələkbərov 20 ildən artıqdır ki, institutda “Arxeoloji abidələrin külliyyatı sektorunun” müdiridir və bu müddət ərzində heç bir bölgənin, rayonun abidələrinin külliyyatı barədə nə kitab nə də xəritə çap etdirməmişdir. Bəs görəsən bütün bu illər ərzində məhz bu işlər üçün institutdan aldığı külli miqdarda dövlət vəsaitlərini A.Ələkbərov hara xərcləmişdir? Cavab sadədir - mənimsəmişdir!
A.Ələkbərovun həm də cənub bölgəsinin orta əsr abidələri üzrə doktorluq dissertasiyası mövzusu götürməsindən 20 ilə yaxın vaxt keçir. Amma bu müddətdə bu mövzu üzrə heç 20 səhifə yazı yazmamışdır. Amma A.Ələkbərov mənə cənub bölgəsinin tunc dövrü abidələri üzrə doktorluq dissertasiyası təsdiq olunmasına baxmayaraq düz 5 il mənə ekspedisiya verilməsinin qarşısını ala bilmişdi. Buna görə də mən bir vətəndaş və alim kimi öz hüquqlarımın məhkəmə yolu ilə bərpasına nail olacağam.
Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdirinin şok əməlləri-YENİLƏNDİ
A.Ələkbərov 2012-ci ildən fəaliyyət göstərən, Fransa tərəfindən maliyyələşdirilən və Lerik rayonunda "Jak de Morqanın irsinin öyrənilməsi" layihəsi üzrə işləyən birgə ekspedisiyanın Azərbaycan tərəfindən rəhbəridir. Xatırladaq ki, ermənipərəst mövqeyi ilə tanınan Morqan 19-cu əsrin sonlarında Lerikdə qanunsuz qarətçi qazıntılar aparıb və aşkar etdiyi materialları Fransa muzeylərinə “fars və erməni maddi mədəniyyət nümunələri” adı altında təhvil verib. Bundan əlavə Morqan Avropanın erməni lobbisinə xidmət edərək onların verdiyi yalan və uydurma məlumatlar əsasında XX əsr tarixində ilk dəfə olaraq 1919-cu ildə "Erməni xalqının tarixi" adlı saxtakarlıqla dolu kitab nəşr etdirmişdir. İndi sual yaranır: görəsən A.Ələkbərov Morqanın hansı irsini və hansı məqsədlə Lerik rayonunda öyrənməyə çalışır?
İnstitutumuzun digər beynəlxalq ekspedisiyalarından fərqli olaraq A.Ələkbərovun rəhbəri olduğu bu ekspedisiya bu günə qədər elmi şurada hesabatla çıxış etməmişdir. 5 il keçməsinə baxmayaraq bu günə qədər həmin ekspedisiyanın aşkar etdiyi arxeoloji materiallar və onların harada saxlanması barədə heç bir məlumat yoxdur.
Təəccüblü məqamlardan biri də odur ki, tarix üzrə fəlsəfə doktoru A.Ələkbərovun belə aşağı, utanc gətirici göstəriciləri və qanunsuz əməllərinə baxmayaraq o institutun həm elmi şurasının, həm də müdafiə şurasının üzvü təyin edilmişdir. Halbuki, kitablarının ağırlığı A.Ələkbərovun çəkisindən daha artıq olan bir neçə təcrübəli elmlər doktorları bu şuraların tərkibinə daxil edilməmişlər. Görünür Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının və AMEA-nın nizamnamələrində qeyd edilmiş elmi və dissertasiya şuralarının tərkibinə sanballı elmi tədqiqatları ilə seçilən elmlər doktorlarının daxil edilməsi barədə müddəalar A.Ələkbərovun himayədarları üçün əsas meyar deyil. Eyni zamanda dissertasiya şurasında özünə yer təmin etmiş elmdən uzaq A.Ələkbərov dissertasiya müdafiə edən bəzi savadlı alimlər barədə AAK-a böhtan dolu yazılar yazmaqla məşğuldur.
Özünün mənəm-mənəmliyi, ürək bulandıran lovğa davranışları ilə A.Ələkbərov artıq institutda dağıdıcı fəaliyyətlə, iş ahəngini pozmaqla məşğuldur. Saxta yollarla zəbt etdiyi institut həmkarlar komitəsi sədri vəzifəsindən də yalnız şəxsi mənafeləri, şəxsi düşmənçilikləri məqsədi ilə istifadə etməkdədir.
İnstitutun 280 işçisi olduğu halda A.Ələkbərov sentyabrın 27-də cəmi 51 nəfərin iştirakı ilə saxta həmkar seçkisi keçirmiş və özünü institut həmkarlar komitəsinin sədri elan etmişdir. Halbuki iclasda kollektivin ən azı üçdə ikisi iştirak etməli idi. Digər tərəfdən, A.Ələkbərov keçən ilin iyun ayında heç bir iclas keçirmədən 4 il əvvələ aid saxta protokol tərtib edərək AMEA Azad Həmkarlar İttifaqına təhvil vermişdir. Ümid edirəm ki, AMEA Azad Həmkarlar İttifaqının yeni rəhbərliyi A.Ələkbərovun belə saxtakarlıqlarının qarşısını alacaq və yeni, qanuni seçkinin keçirilməsinə nail olacaqdır.
Anar Ağalarzadə,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

tezadlar.az
Geri qayıt