İlham Əliyev sərəncam verdi

İlham Əliyev sərəncam verdi Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Məlumata görə, bu sərəncamla “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7-ci hissəsi aşağıdakı redaksiyada verilir:

7. Hasilat sənayesində şəffaflığın artırılması
7.1. Beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi.
Həyata keçirilmiş fəaliyyətlə bağlı hesabat
İcraçı: Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya
2017-201
Geri qayıt