Növbəti iki gün hava necə olacaq?

Növbəti iki gün hava necə olacaq? “Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabrın 13-14-də temperatur bu günlərlə müqayisədə 2-3 dərəcə artacaq: “Əvvəlcədən xəbər verildiyi kimi, müşahidə olunan hava şəraiti 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində sabit və yağmursuz hava şəraiti müşahidə olunacaq”.
Geri qayıt