"Rektor böyük tarixi keçmişi olan universitetin..." - İTTİHAM VAR

"Rektor böyük tarixi keçmişi olan universitetin..." - İTTİHAM VAR Azərbaycan Dövlət İqtisad Universiteti və bu ali təhsil ocağının rəhbərliyinin idarəetmə metodu ətrafında pedoqoji kollektivin narazılığı davam etməkdədir. “Təzadlar”ın ötən saylarında xəbər verildiyi kimi, bu narazılıqların ən vacibi rektorun Türkiyənin bəlli universitetlərində təhsil almışlara “gənc kadrlar” adı altında üstünlük verməsi ilə digər müəllimlərə “keçmişin qalığı” kimi münasibət bəslənilməsini ortaya qoymaqdadır.
Və çox təəssüflər olsun ki, bu nəzərlərin hər gün Domokl qılıncı kimi onların başının üstünü kəsdirməsi, əmək haqlarına, digər imtiyazlarına təsir etməsi fakt olaraq qaçılmazdır. Bu barədə fikirlərini bildirən müəllimlərin dərdini başa düşmək çətin deyil... Məcburuq bu ifadəni də işlədək, islahatçı rektorun nəzərlərində qocaman sayılan professor-müəllim heyəti hələ də bir suala cavab axtarır: axı necə oldu ki, 30-40 il müəllimlik fəaliyyəti ilə məşğul olan, onlarla, yüzlərlə elmi kadrlar hazırlayan müəllimlər dura-dura, rektor Ədalət Muradovun yaxın dostu, bir dəfə də olsun auditoriyaya daxil olaraq dərs deməmiş sabiq maliyyə naziri Əvəz Ələkbərov “Əməkdar müəllim” Fəxri adına layiq görüldü?
“Rektor bir tərəfdən ADİU-ni Türkiyə universitetlərində oxumuş gənc kadrların ixtiyarına verir, digər tərəfdən isə görünməmiş bir addım atır, sabiq maliyyə nazirini əvvəlcə ADİU-da kafedra müdiri təyin edir, ardınca isə onu “Əməkdar müəllim” etdirir? Bun ə öhdəlikdir görəsən? İstərdik ki, rektor Ədalət Muradov bu suala cavab versin.
Xatırladırıq ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 20-də imzaladığı sərəncamla ADİU-nun ötən il təyin edilmiş kafedra müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərova “Əməkdar müəllim” Fəxri adı verilib. Bu hadisə isə uzun müddətdir burada çalışan professorları qəzəbləndirmişdir və onların Prezident İlham Əliyevə ünvanladıqları müraciətlərində deyilirdi: “Cənab Prezident! Siz həmişə haqqın və ədalətin yanında olmusunuz. Amma Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun adı ilə əməli uyğun gəlmir. Belə ki, onun Təhsil Nazirliyinə göndərdiyi təqdimat əsasında ötən il tələm-tələsik kafedra müdiri təyin edilmiş sabiq maliyyə naziri Əvəz Ələkbərova “Əməkdar müəllim” Fəxri adı verildi. Təsəvvür edin ki, ADİU-da 1600-dən çox müəllim çalışır, onların böyük əksəriyyətinin 30, 40, hətta 50 il peşəkar müəllimlik stajı var. Amma onlar durra-dura universitetdə bircə saat belə dərs deməmiş Əvəz Ələkbərov birdən-birə “Azərbaycanın Əməkdar müəllimi” Fəxri adına layiq görülür. Ən maraqlıdır ki, sərəncamda protokol qaydalarına uyğun yazılıb ki, “...Ə.Ələkbərov Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib”.
Cənab Prezident! Biz Sizə Əvəz Ələkbərovun tərcümeyi-halını göndəririk. Orada onun bircə saat belə bu universitetdə dərs dediyi yazılmayıb. Bəs necə olur ki, o, rektor Ədalət Muradovun təqdimatı əsasında bu fəxri adı alır?”.

Azərbaycan Dövlət İqtisad Universiteti necə UNES ola bilər? - Rektordan tərs hərəkət...

Narazı müəllimlər bu dəfə yazırlar: “Hörmətli redaksiya! Rəsmi “Azərbaycan” qəzetinin 17 yanvar 2016-cı il tarixli sayında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun imzası ilə “”Thomson Reuters”ə çıxış universitetlərin dünya elminə inteqrasiyasını sürətləndirəcəkdir” başlıqlı məqaləsi dərc olunmuşdur. Bu məqalədəki bəzi ifadələr Rektor Ədalət Muradovun Prezident İlham Əliyevin onu rektor təyin etməsi haqqında imzaladığı 5 mart 2014-cü il tarixli sərəncamına görünməmiş hörmətsizliyidir. Diqqətinizə həmin sərəncamı çatdırırıq: “Ə.C.Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 mart 2014-cü il”.

Niyə rektorun tərsliyi tutub?

İnd idə rektor Ə.Muradovun “Azərbaycan” qəzetinin 17 yanvar 2016-cı il tarixli sayında dərc edilmiş “”Thomson Reuters”ə çıxış universitetlərin dünya elminə inteqrasiyasını sürətləndirəcəkdir” başlıqlı məqaləsi. Sitat: “...Yaxın dövr ərzində UNEC-də “Thomson Reuters”in elmi platformaları da daxil olmaqla, dünyanın əksər nüfuzlu elmi platformalarına elektron qaydada tam çıxış imkanlarına malik, eləcə də rəflərində ən müasir elmi və populyar nəşrlərin olduğu müasir bir kitabxananın açılışının edilməsi planlaşdırılır. Hesab edirik ki, belə bir kitabxananın istifadəyə verilməsi UNEC-də həm tədris prosesinin, həm də elmi fəaliyyətlərin informasiya təminatını köklü şəkildə yaxşılaşdıracaq və UNEC-i dünya səviyyəli universitet olma yolunda bir addım daha önə aparacaqdır”.
Məqalənin sonunda rektorun imzası təqdim edilir:
“Ədalət MURADOV,
UNEC rektoru, iqtisad elmləri doktoru, professor
Elşən BAĞIRZADƏ,
UNEC rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru”.
Diqqət etdinizmi, Prezident Sərəncamında vəzifəsi “Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru” yazılsa da, rektor Ədalət Muradov rəsmi dövlət qəzetində (həmçinin universitetdaxili əmrlərdə, digər kütləvi tədbirlərdəki təqdimatlarda) vəzifəsini “Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor” kimi göstərir.
Sonda: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun I fəsil, Ümumi müddəalar, “Maddə 1. Əsas anlayışlar” hissəsində deyilir: “Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır:
əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır)”.
Hörmətli redaksiya! Bu o demək deyilmi ki, rektor Ədalət Muradov 86 yaşı olan qocaman Ali təhsil ocağına sahibkar gözü ilə baxır və əmtəə kimi diqqət yetirir?! Axı rektorun inadkarlığının səbəbi nədir? O, niyə tərslik edir? Məgər universitetin başqa dərd-səri yoxdur?”.
Qarşı tərəfin də mövqeyini dinləməyə və “UNEC” məsələsinə dair əsaslandırılmış mövqeyini dərc etməyə hazırıq.

tezadlar.az
Geri qayıt