"QRADUS" FİRMASININ "ЛЕДЯНОЙ РОДНИК"i NİYƏ AKSİZ MARKASIZ SATILIR?

"QRADUS" FİRMASININ "ЛЕДЯНОЙ РОДНИК"i NİYƏ AKSİZ MARKASIZ SATILIR? Bu gün Bakı şəhər sakini R.Həsənov "Təzadlar"a belə bir araq butulkası gətirdi, dedi ki, Ağsu arağı kimi satıblar, amma... "Əmma"nı müəyyən etmək çətin deyildi. Yenə də "Azqranata"nın rəhbərliyindən xahiş edirik, belə bir araq istehsal edirsinizmi? Bizə məlumat verin ki, şikayətçi də sakitlik tapsın. Əks halda, butulka hüquq mühafizə orqanlarına göndəriləcək, çünki zavodun imici ləkələnir... Məsələ ondadır ki, indi "Ağsu arağı" deyəndə hamı "Azqranata"nın məhsulunu başa düşür, satıcı da alıcıya nbelə deyib: "Azqranata"nın məhsuludur!".
***
Məsələ ilə bağlı "Azqranata"nın baş direktoru Vüqar Mikayılova müraciət etdik, o, məsələyə aydınlıq gətirərək bildirib ki, bu məhsul Ağsuda yerləşən "Qradus" firmasının istehsalıdır...
Bununla belə, zənnimizcə, adı çəkilən firma öz məhsulunu satdırarkən başqa şirkətin adından bəhrələnməməlidir. Bu sahədə "Azqranata"nın rəhbərliyi və dillerlər də təbliğat işini genişləndirməlidir. Çünki fotosu təqdim edilən "ЛЕДЯНОЙ РОДНИК" araq butulkasının probkası plasmasdan düzəldilib, qablaşdırmada primitivlik dərhal hiss olunur, aksiz markasız satılır..
Mövzuya qayıdacağıq.
"QRADUS" FİRMASININ "ЛЕДЯНОЙ РОДНИК"i NİYƏ AKSİZ MARKASIZ SATILIR?
"QRADUS" FİRMASININ "ЛЕДЯНОЙ РОДНИК"i NİYƏ AKSİZ MARKASIZ SATILIR?
Geri qayıt