Hicran Hüseynovanın komitəsi büdcəni yükləyir - Araşdırma/rəqəmlər

Hicran Hüseynovanın komitəsi büdcəni yükləyir - Araşdırma/rəqəmlər Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin saxlanması büdcəyə ağır iqtisadi yükdür
Məlumata görə, komitənin ləğv olunaraq funksiyalarının ayrı-ayrı qeyri-hökumət təşkilatlarına verilməsi mümkündür.
Hicran Hüseynovanın sədri olduğu komitənin struktur islahatları nəticəsində ləğv edilməsi büdcə üçün kifayət qədər yüngülləşmə olardı.
Komitənin saxlanması izafi xərclərə səbəb olur. İqtisadçı ekspertlər də dəfələrlə AQUPDK-nin ləğvinin zərurliyi haqda təkliflər irəli sürüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 fevral 2006-cı ildə yaradılıb. Bu komitəyə qədər də Azərbaycanda ailələr qurulub, boşanma halları da olub.
Komitənin yaradılmasında məqsəd ailə, qadın, uşaq problemlərilə məşğul olmaq, vəzifəsisə “dövlətin ailə siyasətini həyata keçirmək”dir.
Bu siyasətin necə həyata keçirildiyini Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləriylə göstərək.
Qabaqca Komitə yaranandan sonrakı dövrdə ölkə ərazisində boşanma sayı ilə bağlı rəqəmlərilə tanış olun:

2006-cı il – 7817
2007 – 8340
2008 – 7933
2009 – 7784
2010 – 9061
2011 – 10747
2012 – 11087
2013 – 11730
2014 – 12088
2015 – 12764

2016-cı ildə boşanma sayı 13 min 100 olub. Bu isə o deməkdir ki, hər ay təxminən 1091 ailə dağılıb, yəni gündə 36 boşanma qeydə alınıb. Bu ilin ilk 2 ayında 2422 boşanma olub.
Məlumata görə, adı bir neçə dəfə rüşvət qalmaqalında hallanmış komitənin ləğvi üçün yuxarıdakı rəqəmlər, statistika yetərlidir.
Ölkədə gedən islahatlar fonunda bu qurumun saxlanması iqtisadçılar tərəfindən də lazımsız addım kimi qiymətləndirilir.
Əsasnamədə “Komitənin hüquqları” bölməsində yazılır: “…gender prinsiplərini həyata keçirmək istiqamətində kişilər və qadınlarla sistemli iş aparmaq”.
Yuxarıdakı statistik rəqəmlər Komitənin sistemli işinin nəticəsini tam çılpaqlığıyla göstərir. Müqayisə üçün Komitə yaranmazdan qabaqkı dövrə qayıdaq.

2003- 6671
2004 – 6914
2005- 8895.

Rəqəmlər artan xətlə gedir. Komitənin yaranmasıyla bu tendensiyanın qarşısını almaq düşünülübsə, məqsədə çatılmayıb, onda belə bir quruma ehtiyac olmadığını başa düşüb büdcə vəsaitini mənasız xərcləməyə son qoyulmalıydı.
Komitənin Əsasnaməsində yazılır: “…öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq”.
Komitə rəsmilərindən hansınınsa insan haqlarıyla bağlı açıqlamasına, çıxışına, müsahibəsinə kimsə rast gəlibmi?
İllərdir büdcə pullarını yeyən komitə sədrinin, onun müavinlərinin ölkədəki məmur haqsızlıqlarına qarşı etiraz səsini eşidən olubmu?
Ailələrin dağılmasının getdikcə artmasının başlıca səsəblərindən biri ölkədə məmur özbaşınalığıdır.

Palitika.Az
Geri qayıt