Dövlət İdarəçilik Akademiyasının dekanı vəzifəsindən istefa verdi

Dövlət İdarəçilik Akademiyasının dekanı vəzifəsindən istefa verdi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ARPDİA) siyasi idarəetmə fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru, dosent Zaur Siyavuş oğlu Bağırov vəzifəsindən istefa verib.
Bu barədə Gununsesi.info-ya akademiyadan etibarlı mənbə məlumat verib.
Bildirilib ki, Zaur Bağırov öz vəzifəsindən könüllü olaraq istefa verib. Amma tələbələr isə onun qayıtmasını tələb edirlər.
Qeyd edək ki, Zaur Bağırov siyasi idarəetmə fakültəsinə 2012-ci ildən rəhbərlik edir.
Geri qayıt