"Azərenerji"nin vitse-prezidenti yerimə qabiliyyətini itirdi

"Azərenerji"nin vitse-prezidenti yerimə qabiliyyətini itirdi "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərovun səhhətində problem yaranıb.

Açıqlamasında səhhətində yaranan problemlərə aydınlıq gətirən Marlen Əsgərov hazırda müalicəsini rayonda ev şəraitində davam etdirdiyini deyib.

Məlumata görə, M.Əsgərovun səhhətində yaranan problem onun yerimə qabiliyyətinin itirməsinə səbəb olub. Bu səbəbdən yaxın günlərdə onun əməliyyat olunması gözlənir.

Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub.

O 2005-ci ilin oktyabrından "Azərenerji" ASC-nin vitse-prezidentidir.
Geri qayıt