326 saylı məktəbin direktorunun oğlu və qardaşı siyasi mühacirlik edir?.. – RƏSMİ SƏNƏTLƏR

326 saylı məktəbin direktorunun oğlu və qardaşı siyasi mühacirlik edir?.. – RƏSMİ SƏNƏTLƏR V.Məmmədova Bakunews.az-a göndərdiyi məktubla 326 saylı məktəbin direktoru Faiq Suvarovu ifşa edib.
Binə qəsəbəsində yerləşən 326 saylı orta məktəbin Heydər Əliyev Fondu tərəfindən təmir edilməsi ilə bağlı redaksiyamıza məlumat verən V.Məmmədova, müəllim işlədiyi məktəbin direktoru tərəfindən məhz təmirlə bağlı pul yığılma əmri verdiyini qeyd edir. O, bildirir ki, FOND tərəfindən aparılan təmir işlərini bəhanə gətirərək müəllim və şagirdlərdən pul yığması qəbul edilməz olduğundan bununla bağlı məlumat verməyi özünə borc bilərək Mehriban xanım Əliyevanın diqqətinə baş verən məsələnin çatması üçün məhz media vasitəsi ilə məsələnin ictimailəşməsini istəyir. Faiq Suvarovun dövlət qurumlarını aldatdığın iddia edən müəllimə məsələni bu cür açıqlaması ilə izah edir. F.Suvarov müəllimlərə topladıqları ballara görə deyil məhz verilən rüşvətə görə, təyin etdiyi bu təyinatın isə 300 manatdan başladığı qeyd edir. 300 manatı verməyən müəllimə normal dərs saatı verməyən məktəb rəhbəri F.Suvarov bununla yanaşı bir sıra qanunsuzluqlarlada məşğul olmaqdadır. Qardaşı Fikrət Suvarov Almaniya hökümətindən siyasi mühacirlik statusu aldıqdan sonra Faiq Suvarovun oğlu 10-cu sinif şagirdi İlham Suvarovunda Almaniya Respublikasında qaçqın status alması hər iki qardaş tərəfindən görülən işlər nəticəsində təmin edilib.
Həmkar saytın əməkdaşı Faiq Suvarovla danışdığı və ictimailəşdirdiyi yazısında Faiq Suvarovun irəli sürülən iddiaları rədd etməsi qeyd edilir. Təbii ki, bu onun söz azadlığından irəli gələn qanunlarıdır ki, istədiyini inkar və ya təsdiq edə bilər. Amma atalar yaxşı deyib “Gözlə görünən dağa bələdçi gərəkli deyil” bu misalı çəkməkdə məqsəd odur ki, cənab Faiq Suvarov məgər mediaya göndərilən bu sənətlər fakt deyilmi. Göndərilən sənətlərdə tam-tamına bunlar aydın şəkildə qeyd edilib. İlham Faiq oğlu Suvarova Almaniya hökuməti qaçqın sənədi verib. Fikrət Suvarov isə Almaniya qanunlarının 25/5 maddəsinə əsasən humanitar oturum alıb, özüdə 2016-ci ildə. Yəni bütün bunlardan da göründüyü kimi qardaşınız və oğlunuz hər ikisi Azərbaycan Respublikasının sərhədlərini tərk edərkən qaçqınlıq status almaq məqsədlərinin olması aşkardır. Dövlətin maraqlarını göz ardı edərək xarici qüvvələrin maraqlarına xidmət edən Fikrət Suvarov və Faiq suvarovun oğlunu vətəndən qaçqınlıq adı ilə çıxarması heç bir kodeksdə qəbul edilən addım deyildir.
P.S. Bu gün oğlunuzun Azərbaycanda yaxşı şəraitdə yaşadığını düşünməməniz sizin şəxsi fikrinizdir. Amma media qurumlarına verdiyiniz açıqlamada oğlunuzun xəstəliklə bağlı Almaniyada yaşadığı iddianız isə təqzibi ilə ortalıqdadır. Media orqanını məhkəmə ilə hədələməyinizsə artıq günahınızın olduğunu dolayı yolayısı ilə qəbul etməyiniz anlayışın verməkdədir.
Azərbaycan Respublikasının Baş prokrorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin məsələyə münasibət bildirəcəyi qısa müddət ərzində bütün iddiaların yoxlanılması ilə bağlı təxirə salınmaz addım atacaqlarına inanırıq.
Məsələ ilə bağlı qarşı tərəf olan Faiq Suvarovun fikirlərini tam şəkildə bəyan etməsi üçün müraciətinin dərc edilməsi KİV haqqında qanunun ona tanıdığı hüquqdur.

Bakunews.az

Geri qayıt