Sabah da yağış yağacaq - Qısamüddətli

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13, gündüz 17-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə isə oktyabrın 09-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim
tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.