“Azəryod” İsgəndər Xəlilovu dinləmədi: Zavod iqtidara dirsək göstərir

“Azəryod” İsgəndər Xəlilovu dinləmədi: Zavod iqtidara dirsək göstərir “Azəryod” ASC işsizlər ordusu yetişdirir. Zavod hakimiyyətə qarşı iqtisad təxribatla məşğuldur.

Müəssisənin 250 nəfər işçisindən 100 nəfərini məcburi məzuniyyətə göndərilməsi hökumətin siyasətinə dirsək göstərməkdir.

“İSR Holding” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilova məxsus olan zavod ilin-günün bu vaxtında 100 ailəni çörəksiz qoymaqla hakimiyyətdən narazıların sayını genişləndirir.

Səbəbi isə belə izah edilib ki, elektrik enerjisinin qiyməti artdığından, zavod özünü dolandıra bilmir. Fəhlələrin sözlərinə görə, indiki iqtisadi böhran dövründə işsiz qalmaları onların ailələrinin maddi durumunu daha da çətin vəziyyətə salacağından narahatdırlar.

Hazırda dünya bazarlarında yodun qiymətinin kəskin aşağı düşməsi nəticəsində müəssisə böhranlı günlərini yaşayır. Bir müddət əvvəl İ.Xəlilov zavodun istehsal sahələrini də gəzib.

Milyarder zavodun rəhbərliyinə göstəriş verib ki, mövcud mürəkkəb vəziyyətə baxmayaraq müəssisənin 250 işçisindən bir nəfəri də işdən azad etməsin.

“Azəryod” ASC texniki və kristallaşmış yod istehsal edir. Hazırda sutkada 700-800 kq, ildə 300 tona yaxın yod buraxır, bu isə ölkənin yoda tələbatından 20 dəfə çoxdur. Zavodun baş direktoru İ.Xəlilovun qohumu Rəşad Xəlilovdur.

Xəbərə görə, Azərbaycanda investorları ölkəni tərk etməyə başlayıb. Prezident İlham Əliyev icra hakimlərini investorları cəlb etməyi tapşırıb. Ölkə başçısının göstərişləri hələ ki ləng icra olunur. Əvəzində isə daha iki zavod və üç xarici şirkətdən Azərbaycandan gedir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin 07.10.2016-cı 06Ü saylı əmrinə əsasən Üzən Nasos Stansiyalarının Hazırlanması və Təmiri Zavodu Meliorasiya - Mexaniki Təmir Zavoduna qoşularaq ləğv olunub.

Bundan əlavə, Böyük Britaniyanın "İvor Promotions LLP" və "Arcotrans LLP" şirkətləri Azərbaycandakı nümayəndəliklərinin ləğv olunduğunu elan edib. İrlandiyanın "Accenture Ltd." şirkəti də Azərbaycan bazarını tərk etməyə qərar verib.

Zavodların bağlanması isə bütün strukturlarda gedən ixtisarların davamıdır. Əlavə xərc tələb edən qurumlar ya ləğv olunur ya da birləşdirilir.
Geri qayıt