Xədicə İsmayıl Polis bölməsinə çağırılıb

Xədicə İsmayıl Polis bölməsinə çağırılıb Keçmiş siyasi məhbus, araşdırmaçı jurnalist Xədicə İsmayıl Polis bölməsinə çağırılıb.

Xədicə İsmayıl bu barədə öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Polis onu axtarır.

“Anamın ünvanı üzrə polis bölməsinə çağırıblar. Deyirlər, yarım saatlıq işimiz var. Deyirəm, qeydiyyat və yaşayış yerim başqa ünvandır, çağırış vərəqəsi göndərin, görüm, niyə çağırırsız.” – Xədicə İsmayıl bildirib.

Xədicə İsmayıl əlavə edib ki, artıq Polis bölməsinə gedir.
Geri qayıt