Azyaşlılar üçün hazırlanan məntiq kitabında BİABIRÇILIQ - "Onlar sevişirlər"

Azyaşlıların məntiqi inkişafı üçün tərtib olunmuş dərslik ciddi rezonans yaradıb. Buna səbəb kitabda yer alan səhifələrin birində göstərilən şəkil və ünvanlanan sualın cavabının uşağın həm psixoloji, həm də məntiqi cəhətdən inkişafına mənfi təsir göstərməsidir.
Valideynlər hesab edirlər ki, bu cür qeyri-etik ifadələr azyaşlıların tərbiyəsinə və düşüncə qabiliyyətinin inkişafına ciddi xəsarət yetirir.

