Tanınmış vəkil icra başçısının Nizamidə “yaşıl genosid”ini ifşa etdi - Video
Tanınmış hüquqşünas Aslan İsmayılov Bakının Nizami rayonu ərazisində “yaşıl terror”un görüntülərini sosial şəbəkələrdə yayıb
Məlumata görə, vəkil Nizami Rayon İcra Hakimiyyəti binasının yaxınlığında hasarlanmış yaşıllığın görüntülərini paylaşıb.
O, bildirib ki, artıq tikinti materialları tökülüb, köşklər quraşdırılıb, tezliklə ağaclar qırılacaq, restoranlar tikiləcək.
Bütün sağ-sol eyni mənzərədir və satış obyektlərinə görə ağaclar qurban verilir. A.İsmayılov qeyd edib ki, obyektlərin icra başçısına yoxsa başqasına məxsus olduğunu bilmir. Lakin faktiki olaraq ərazidə “yaşıl soyqırımı” getməkdədir.
Ümumiyyətlə, paytaxtda icra başçıları parkları tikinti meydançasına çeviriblər. Amma Nizami rayonunda ağaclara qənim kəsilməsi xüsusi qeyd olunmalıdır.
Bundan qabaqkı başçılar da, indiki rayon icra hakimi Arif Qasımov da Nizamidə yaşıllıq qoymayıb. Bakının Nizami rayon icra başçısının yaşıllıqları kütləvi şəkildə qırmasında əlaltıları məlum olub.
Mətbuata verilən xəbərə görə, Arif Qasımovun "ağac soyqırımı” ilə məşğul olan mütəşəkkil dəstəsində yaxın dostu olduğu deyilən iş adamı Ramin Babayev xüsusi fəallıq edir. Bu sahibkarın “Neftçilər” metrosu yanında obyektləri var.
Mətbuatda yayılmış xəbərlərə istinadən bildiririk ki, R.Babayevin metronun "Neftçilər” stansiyası yaxınlığındakı "Ledi Şarm” və "Romantik” geyim mağazalarının sahibi olduğu deyilir.
İcra başçısının himayəsi altında yaşıllıqlara qənim kəsilən R.Babayev bir gecənin içərisində sözügedən ticarət obyektlərinin yaxınlığındakı ağacları dibindən kəsdirib.
Məlumatda bildirilir ki, sahibkar bu ekoloji cinayəti icra başçısına güvənərək həyata keçirib.
Çünki A.Qasımov Nizami rayonunda tikinti işlərini və başqa qeyri-rəsmi "layihə”lərini R.Babayevə həvalə edib.
A.Qasımovla R.Babayev həmyerlidirlər. İcra başçısı ilə iş adamı əslən Naxçıvanın Şərur rayonundandır. Məlumata görə, bir müddət əvvəl ağacları məhv edən və cərimələnən sahibkar Mayis Əhmədovun da R.Babayevlə qohumluğu üzə çıxıb.
M.Əhmədov R.Babayevin qaynıdır. Beləliklə, icra başçısı qohum olan iki həmyerlisinin Nizami rayonunda yaşıllıqların məhv edilməsinə geniş imkan yaradıb.
Mətbuat xəbər verir ki, bir müddət əvvəl Qara Qarayev prospektində - "8-ci kilometr bazarı”nın yaxınlığında ağacların qırılması faktı qeydə alınıb.
palitika.az
Geri qayıtMəlumata görə, vəkil Nizami Rayon İcra Hakimiyyəti binasının yaxınlığında hasarlanmış yaşıllığın görüntülərini paylaşıb.