Təfəkkür Universitetinin daha 100 tələbəsi köçürüldü

Təfəkkür Universitetinin daha 100 tələbəsi köçürüldü Ötən 5 gün ərzində Təfəkkür Universitetinin daha 100-ə yaxın tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb.

Təhsil Nazirliyindən daxil olan məlumata görə, artıq bu günə kimi (yay tətili ərzində) universitetin digər ali məktəblərə köçürülən tələbələrin sayı 300-ə yaxındır.

Digər ali məktəblərə köçürülmək istəyən tələbələrin transfer.edu.az portalına müraciət etmələri üçün son tarix sentyabrın 25-də başa çatır. Nazirlik tələbələrə gələcək taleləri barədə indidən düşünməyi məsləhət görüb.

Geri qayıt