Sinoptiklər növbəti iki gün üçün hava proqnozunu açıqladı

Sinoptiklər növbəti iki gün üçün hava proqnozunu açıqladı “Növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq hava şəraitində dəyişiklik gözlənilmir”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti iki gün ərzində hava şəraiti, əsasən, yağmursuz keçəcək: “Cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 28-32, Mərkəzi aran rayonlarında 33, dağlarda 20-25 dərəcə isti olacağı gözlənilir”.
Geri qayıt