Xaçmazda evləri su basıb: - köməksiz insanlar xilas edilib

Xaçmazda evləri su basıb: - köməksiz insanlar xilas edilib açmazda evlərin su basması nəticəsində köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qarğalıq kəndində yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq köməksiz vəziyyətdə qalmış vətəndaşları təhlükəsiz yerə təxliyə ediblər.
Geri qayıt