Bu il 116 550 şagird məzun olur

Bu il 116 550 şagird məzun olur Bu il Azərbaycanda 116 550 şagird məzun olur.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdləridir.

Xatırladaq ki, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son Zəng" tədbiri iyunun 14-nə düşsə də, bu il sözügedən tarix qeyri-iş gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçiriləcək.
Geri qayıt