Azərbaycanda “Futbol saatı” olmayacaq!

Azərbaycanda “Futbol saatı” olmayacaq! "Xəzər TV”də yayımlanan "Futbol saatı” veriılişi fəaliyyətini dayandırıb.

Telekanal rəhbərliyi yeni mövsümdən bu verilişə ehtiyac görməyib. Verilişin aparıcısı Sənan Abdullayev məlumatı "Futbol+” qəzetinin sorğusuna cavabında təsdiqləyib.

Xatırladaq ki, "Futbol saatı” son illər Azərbaycanda yayımlanan ən populyar idman verilişlərindən biri olub. Verilişdə əsasən ölkə futbolunun problemləri qaldırılıb, onun həlli yolları göstərilib.
Geri qayıt