Məmur övladları nəzarətə götürülür - İDDİA

Məmur övladları nəzarətə götürülür - İDDİA Prezident İham Əliyev bütün məmurlara ərköyün övladları ilə bağlı son və ciddi xəbərdarlığını edib. Əgər bundan sonra onlardan hər hansı biri avtoxuliqanlıq və ya digər qanunsuzluq edərsə, o cümlədən ictimai yerlərdə nümunəvi davranmazsa, o zaman kimliyindən asılı olmayaraq, həbs ediləcəklər.

Bu sözləri çəkilməsini istəməyən vəzifəli şəxslərdən biri deyib. Onun sözlərinə görə, bu xəbərdarlıq əslində bir müddət əvvəldən icra edilməyə başlayıb.

Mənbəmiz, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayevin oğlunun ötən il restoranda dava saldığını xatırladaraq bildirib ki, həmin vaxt generalın oğlu həbs edilib, bir müddət sonra isə özü vəzifəsini itirmək məcburiyyətində qalıb.

Məlumatda qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun iyul ayında avtobus sürücüsünü döyən oğlu Rüstəm Orucovun həbsi ölkə gündəmində daha geniş müzakirələrə səbəb olmaqla, bu məsələnin aktuallığını artırıb: “Avqustun 3-də isə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev törətdiyi qəzaya görə həbsə atıldı. Düzdür, Rüstəm Orucovdan fərqli olaraq, Nail Allahverdiyevin nə atası, nə də babası cəzalandırıldı. Halbuki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov oğluna görə vəzifəsindən də azad edilib. Hələlik hər iki ərköyün gəncin istintaqı davam edir. Güman edirəm ki, onara cəza veriləcək”.

Məlumatli şəxs bildirib ki, Ə.Həsənovun nəvəsinin həbsi və üzləşdiyi problemlərdən sonra məmurlar ölkə başçısının xəbərdarlığının daha ciddi hal alacağının fərqinə varıblar:

“Artıq yüksək vəzifəli məmurların əksəriyyəti övladlarını ciddi nəzarətə götürüblər. Bir neçə nazir və komitə sədrinin övladlarına hətta əlavə mühafizəçı də ayrılıb. Həmin mühafizəçi gün ərzində onların övadlarını nəzarətdə saxlayır, xırda bir sıxıntı olan kimi valideynlərinə məlumat verirlər. Qəribə görünsə də, onlar bununla ərköyün övladlarının başlarına bəla olmasını əngəlləmək istəyirlər”.

Məlumatlı şəxsin sözərinə görə, övladları avtoxuliqanlığa meyilli olan məmurlar daha çox narahat olmağa başlayıblar:

“Artıq bir sıra nazirlər, o cümlədən icra başçıları “maşın xəstə”si olan övladlarına qadağa qoyublar. Məsələn, Gənclər və idman naziri Azad Rəhimov oğluna “bundan sonra ortalıqda az görün”,- xəbərdarlığını edib. Yəni, demək olar, məmurların əksəriyyəti ərköyün böyütdükəri övladlarına görə indi çox narahat olurlar”.

“Reytinq”
Geri qayıt