Azərbaycanda 12 yaşlı qız hamilə qalıb

Azərbaycanda 12 yaşlı qız hamilə qalıb Balakəndə 12 yaşlı qız hamilə qalıb.

Rayon hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib.

Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.

Daxil olan məlumat əsasında Balakən rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.
Geri qayıt