42 nəfər sürüşüb yıxıldı - 38-i xəstəxanaya yerləşdirildi

Bakı Şəhər Təcili Tibbi Yardım stansiyasının baş həkimi Rauf Nağıyev açıqlamasında bildirib ki, bu saata qədər stansiyaya 42 müraciət daxil olub: “Müraciət edənlərdən 38-i xəstəxanaya yerləşdirilib. Müraciətlər aşağı ətraf nahiyələrinin travması ilə bağlıdır”.