“İvanovka” adı ilə satılan çörəklər sizin sağlamlığınıza ciddi təhlükədir

“İvanovka” adı ilə satılan çörəklər sizin sağlamlığınıza ciddi təhlükədir Bəzən dietik çörək adı ilə istifadəyə yararsız “İvanovka” çörəkləri insanları zəhərləməyə yönəlmiş sapı özümüzdən olanların bizləri məhv etmə məqsədləri açıq aydın anlaşılmaqdadır. Millətinə dəyər verən hər bir şəxs heç zaman xalqına istifadəyə yararsız məhsullar ixrac edərək soy kökümüzü qurutmağa çalışmaz. Bəzən bu “İvanovka” çörəklərinin içindən tarakan, kəndir çıxması azmış kimi artıq şirkət yeni metodan istifadəyə qərar verib. Yaxın müddətdə “İvanovka” çörəyi alan vətəndaş məhsulun üzərində yeni tarix olduğunu görərək aldığı çörək xarab çıxmışdır. Məsələ ilə bağlı bizə müraciət edən vətəndaşın iradını şirkət müdirinə çatırsaqda o münasibət bildirəcəyin deyərək məsulliyyətdən boyun qaçırmağa davam etməkdədir.

“Çörəyə hörmət edin; Allah-təala onu asimanın
bərəkətlərindən bizə nazil edib, yerin bərəkətlərindən göyərdib”.
Həzrəti-Əli (r.a)

Onun normativə uyğun istehsalında hələ də problemlər yaşanır; alıcılar şikayətçidir, satıcılar isə günahı sexlərdə görür...
Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Tanrı sovqatı olan çörək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Azərbaycanlılar çörəyi hər şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırlar. Çörəyə hörmət hər bir azərbaycanlının qanında və canındadır. Bəlkə də elə həmin səbəbdən çörəyə and içir, kiminsə səhlənkarlığı ucbatından yerə düşmüş çörək parçasını qaldırıb öpür və gözünün üstünə qoyuruq. Bu, çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir.
Azərbaycanda müxtəlif sexlərdə və evlərdə çox kustar üsulla və natəmiz şəkildə çörək bişirilməsi barədə çox eşitmişik. Dəyirli oxucularımız bu yazımızda Sizlərə şəkildə gördüyünüz çörəkləri bişirən, İsgəndər müəllimin tabeçiliyində olan “müəssisənin” fəaliyyətindən söhbət açıb, bu tip hallara qarşı birgə mübarizə aparmağı töfsiyyə edəcəyik.
Çörəkbişirmədə əsas problemlərdən biri də yodlaşdırılmamış duzdan istifadə edilməsidir. Bəzən dietik çörək adı ilə saxta məhsullar satırlar. Qara, yaxud boz çörək adı ilə satılan çörəklərə insan orqanizminə zərər olan boyaq maddələri vurulur.
Çox məyus edici hallardan biri də natəmizlik şəraitində bişən çörəklərin satış məntəqələrində bəzi hallarda qeyri-ərzaq məhsulları ilə birlikdə satılır, nəzarətsiz qoyulan, gündə azı onlarla alıcının əli dəyən çörəklər sonradan süfrəmizə gətirilir.
Şəkillərdə gördüyünüz “İvanovka” adı altinda bişən çörəklər İskəndər müəllimin rəhbərlik etdiyi sexdə bişir. Sexin ünvanı və digər etiket nişanları haqqında məlumat verə bilməmiyimizin əsas səbəbi istehsal prosesini pozan “müəllim” Azətrbaycan Respublikası Konstitusiyasının tələblərini və KİV haqqında qanunun tələblərini pozaraq suallarımızı cavablandırmaqdan imtina etdi.
Halal-haramı arxa plana keçirən İskəndər müəllim Qanunları da kölgə altında saxlamağı yaxşı bacarır.
İskəndər “müəllimin” diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycanda çörəklə bağlı bir neçə adda dövlət standartı mövcuddur. AZS 36, AZS 090 "Milli çörək növləri", AZS 125 2005 "Milli çörək məmulatları", AZS 195 2005 "Çörək-bulka məmulatlarının istehsalı" və bu il qəbul olunan AZS 398-2011 "Pəhriz çörəyi və zənginləşdirilmiş çörək" standartları mövcuddur. Bütün bu standartların tələbləri təhlükəsizlik tələblərini əhatə edir".
Sonda hər kəsdən çörək alarkən diqqətli olmağı, lazım olduğu təqdirdə müvafiq orqanlara müraciət etməyi xahiş edirik. Sağlam həyat üçün keyfiyyətli qida şərtdir!
Yazımızı başqa bir atalar sözü ilə tamamlamaq istəyirik: "Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz".
Təsərrüfat subyektində araşdırma davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Növbəti yazımızda:
- “İvanovka” Çovdar çörəyi ilə ləğv edilmiş MTN əməkdaşı Çovdarovu hansı tellər bağlayır...?
- Akif Çovdarovla “İvanovka” Çovdar çörəyi istehsalçısı İsgəndərin hansı şərik biznesləri mövcudur...?

Bakunews.Az
“İvanovka” adı ilə satılan çörəklər sizin sağlamlığınıza ciddi təhlükədir
“İvanovka” adı ilə satılan çörəklər sizin sağlamlığınıza ciddi təhlükədir
“İvanovka” adı ilə satılan çörəklər sizin sağlamlığınıza ciddi təhlükədir
Geri qayıt