“Neptun” Supermarketindən aldığı şokoladın içindən qurd çıxdı - FOTOLAR

Bu barədə müraciət edən alıcı uşaq şokoladı yeyərkən onun qurdlandığını gördüyünü deyib:
“1 yaşlı uşaq şokaladı yeyərkən onun qurdlandığını gördük. Dərhal uşağı özəl xəstəxanaların birinə apardıq. “Neptun” Supermarketlər şəbəkəsindən alış-veriş edən insanlara bildirmək istəyirəm ki, diqqətli olsunlar”, - deyə şikayətçi vurğulayıb.


