Nail Allahverdiyevin qurbanları Türkiyəyə aparıldı

Nail Allahverdiyevin qurbanları Türkiyəyə aparıldı Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəzada yaralanan Türkiyə vətəndaşları öz ölkələrinə qaytarılıblar.

Bu barədə məlumatı onların müalicə aldığı Baku Medikal Plazanın Baş həkiminin müavini verib. O, bildirib ki, yaralılar Ankarada yerləşən xəstəxanalardan birinə köçürülüblər.

Həkim qeyd edib ki, köçürülmə xəstələrin xahişi ilə baş tutub. Hazırda səhhətləri stabildir.

Xatırladaq ki, sözügedən qəza nəticəsində Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş xəsarət alıblar.
Geri qayıt