Bakıda zibilxanaya görə icra nümayəndəsi cərimələnib

Bakıda zibilxanaya görə icra nümayəndəsi cərimələnib Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şüvəlan qəsəbəsinin “Mayak” çimərliyində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan siqnal Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Nazirliyin saytına istinadən xəbər veririk ki, araşdırma zamanı məlum olub ki, sözügedən əraziyə məişət tullantılarının atılması nəticəsində qanunsuz zibilxana yaranıb. Faktla bağlı protokol tərtib olunub, Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə icra nümayəndəsi Mirzərauf Axundov inzibati qaydada 2000 manat məbləğində cərimə edilib.

Ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi üçün Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Geri qayıt