Sabunçunun bəzi ərazilərində işıq olmayacaq

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar noyabrın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:30-dan saat 12:30-dək rayonun Bakıxanov qəsəbəsində, İvan Anaşkin, İnqilab, Elşən Mehdiyev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.