Rusiya Ermənistan və Azərbaycan spikerlərinin görüşünü təşkil edə bilər
Rusiya hər zaman Ermənistan və Azərbaycan parlamentlərinin spikerləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov İrəvanın “Zvartnots” hava limanında jurnalistlərlə söhbətində deyib.
“Biz maraqlıyıq ki, Ermənistanla Azərbaycan arasında həll edilməli olan problemlər Rusiyanın dəstəyi ilə həll aradan qalxsın”.
